Yekaterinburq hadisələri rus şovinizminin daha bir qanlı nümayişi oldu- ÖZƏL

"Rusiyanın Yekaterinburq  şəhərində azərbaycanlıların yaşadığı evlərə edilən basqın, işgəncə ilə soydaşlarımızın qətlə yetirilməsi Kreml tərəfindən cilalanan böyük rus şovinizminin daha bir qanlı nümayişi oldu. Bu, Rusiya Federasiyasında qeyri-rus xalqlarına qarşı açıq etnik düşmənçilik siyasətinin bariz nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu Konstitusiya Araşdarmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib: " Hazırda rəsmi Kreml yalnız Stalinə pərəstişi deyil, onun açıq rus irqçiliyi siyasətini də bərpa edir. Moskvadan atılan addımlar yenə Rusiyanı xalqlar həbsxanasına, qeyri-rus xalqları üçün gettoya çevirir. Xalqlar həbsxanası artıq  Rusiya dövlətçilik düşüncəsinin bünövrəsni təşkil edir. Bu düşüncə Putin hakmiyyəti dövründə  rəsmi ideologiyaya çevrilib. Bu ideologiya özündə rus şovinizmi, imperializm, militarizm, ekspansinizmini ehtiva edir. Bu başqa xalqlara nifrət ideologiyasıdır.
Son illər, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, erməni işğalına son qoyması, bölgədə və dünyada güclənməsi Kreml ideoloqlarının ölkəmizi hədəf almasına səbəb olub. Kreml təşviqatçıları azərbaycanlılara qarşı nifrət püskürərək düşmən obrazı yaratmağa çalışırlar. Kreml sahibi Qarabağda məğlubiyyəti unuda bilmir. Unuda bilmir ki, Azərbaycanın mübariz ruhunu 1990, 1992, 1993-2020-ci illərdə qırğınlar, etnik təmizləmə, soyqrımı,  müharibə, işğalla sındırmaq mümkün olmadı. Azərbaycanın qələbəsi Rusiyanın işğal siyasətinin ən böyük məğlubiyyəti oldu.
Rusiyada faşizm rebrendinq olunub, raşizmə çevrilib. Bu siyasətə Stalin ənənələrinə sadiq qalan Putin rəhbərlik edir. Amma ruslar gərək 1905-1907, Krım müharibəsini, Stalinin QULAQ-larını unutmasın, irqçilik siyasəti elə rusların özünü qurban edib, elə qırılan daha çox onlar olub... Xalqlar həbsxanasında qiyamı elə bu raşizm siyasəti yaradacaq.
 Bu hadisə, bizə bir daha xatırladır ki, şovinizm və millətçiliyin hər növü insanlığa qarşı təhdiddir. Rus şovinizminin  qarşısını almaq üçün səsimizi daha da ucaltmalı və beynəlxalq platformalarda bu cür cinayətləri ifşa etməliyik.
Azərbaycanı bu cür terror aktları ilə qorxutmaq mümkün deyil, biz bunu 1988-ci ildən dəfələrlə sübut etmişik. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycana qarşı düşmənçiliyə son qoymaq ilk növbədə  Rusiya üçün lazlmdır. SSRİ-nin çökməsinə də Azərbaycandan impuls verilmişdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31