İran rejimi daima Azərbaycana qarşı anti- təbliğatı davam etdirəcək- ÖZƏL
30 İyun 2025 10:47 Siyasət"12 günlük müharibədə İsrail İranı öz ərazisindən PUA -larla vurub. Tehranın mərkəzində İsrailin PUA emalatxanasından SEPAH MOSSAD- la əməkdaşlıq etdiyi üzvüləri çalışıb. Bunu İran rəsmilərinin özləri etiraf edir. Dövlət sistemində yüzlərlə MODSSAD- la əməkdaşlığa cəlb olunun vətəndaşları var. Amma, SEPAH İsrail PUA- ların Azərbaycandan yönləndirildiyini qeyd edir. Halbuki, PUA-lar İranın dost olduğu İraq ərazisinin hava məkanından istifadə edilib". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Tehran rejiminin Azərbaycana qarşı belə mövqe sərgiləməkdə əsas məqsəd Güney Azərbaycanda soydaşlarımızla bizim aramızda dərin uçurum yaratmaqdan ibarətdir. Güney Azərbaycandakı soydaşlarımıza "sizi İsrail PUAL-ı öz soydaşlarınız olan Azərbaycandan vurur" təbliğatı ilə düşmən obrazı yaratmaqdır. İran rejimi məhz Güney Azərbaycana görə daima Azərbaycana qarşı anti- təbliğatı davam etdirəcək".