Tramp: “Çox varlı insanlar TikTok-u almağa hazırdır”

ABŞ prezidenti Donald Tramp "TikTok" sosial şəbəkəsi ilə bağlı növbəti sensasion açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Çin şirkəti ByteDance-dən TikTok-un alınması üçün artıq "çox varlı bir qrup insan" hazır vəziyyətdədir:

"Onlar bu sosial platformanı almaq istəyirlər və bu barədə təxminən iki həftəyə konkret adlar açıqlaya biləcəyəm", - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası son aylarda TikTok-un milli təhlükəsizlik üçün təhdid olduğunu bildirərək, platformanın Çin nəzarətindən çıxarılmasını tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31