Aygün Attar: Faşist Putin hakimiyyətini pisləyirik
18:37 SiyasətRusiyada azərbaycanlılara qarşı dövlət terroru törədilib.
"Report" xəbər verir ki, bunu Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri professor Aygün Attar sosial şəbəkədə yazıb.
"Rusiyada dövlət əli ilə azərbaycanlılara qarşı terror törədilib, iki qardaş qətlə yetirilib", - o qeyd edib. Professor baş verənləri Stalin metodları ilə müqayisə edib: "Stalin dövründə tətbiq edilən metodlarla "pantürkist, panislamist" ovu ilə məşğul olan faşist Putin hakimiyyətini pisləyirik".
"Türk qətliamını dayandırın!", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31