Vəziyyət dəyişdi: İranın nüvə silahı əldə etməsi asanlaşdı – İDDİA
19:25 Siyasətİsrail-İran müharibəsi: kim qalib gəldi? - Gözdən qaçan detallar
Atəşkəs məsələsi gündəmə gəlsə də, İran və İsrail arasındakı gərginlik səngimir. Mövcud münaqişə regionda sabitliyi ciddi şəkildə təhdid edir. Son hücumlardan sonra İranın nüvə proqramının bir neçə il geriyə ləngidildiyi iddiaları hazırda əsas müzakirə mövzusudur. Son hücumların bu iddialara nə dərəcədə əsas verdiyi isə sual doğurur.
Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, İsrail-İran gərginliyində nisbətən azalma müşahidə olunmağa başlayıb:
"İran və İsrail 1979-cu ildən bəri öz doktrinalarında bir-birlərini düşmən kimi görürlər. Bu isə o deməkdir ki, gələcəkdə münaqişə yenidən alovlana bilər. İsrailin hücumları nəticəsində İranın nüvə potensialı kifayət qədər zəifləyib. Nüvə mərkəzlərinə dəyən zərbələr fonunda İranın nüvə proqramının bərpası müəyyən qədər vaxt alacaq və proqram bir neçə il geri çəkilə bilər. İranın ali hərbi şəxsləri, fizikləri və alimlərinin İsrail tərəfindən hədəfə alınması proqramın irəliləməsinə mane olur.
Burada bir incə məqam da var. İranın bu günə qədər nüvə silahı yox idisə, İsrailin hücumları rəsmi Tehranın həmin silahları əldə etməsini sürətləndirə bilər. Çünki nüvə silahı hər şeydən əvvəl çəkindirici gücdür. İran belə qənaətə gələ bilər ki, onda nüvə silahı olarsa, İsrail hücum etməyə cəsarət göstərməz. Ona görə də bir çox beynəlxalq ekspertlər bildirir ki, həmin proses tərs effekt verə bilər. İranın zənginləşdirilmiş uranı hələ də qalır və nüvə mərkəzlərini yenidən bərpa etməyə çalışacaq".