Prezident İlham Əliyev TDT mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Sazişi təsdiq edib
25 İyun 2025 15:41 Siyasət"Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş" təsdiq edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.
Qanuna əsasən, 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanmış "Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş" təsdiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31