Naxçıvanın inkişafı mühüm əhəmiyyət kəsb edir- ÖZƏL
15:31 Siyasət"Zəngəzur dəhlizi artıq böyük ölkələrin Avrasiyada ticarət yollarına nəzarət, bu istiqamətdə maraqlarının təmin edilməsi uğrunda rəqabətinin vacib məsələsinə çevrilib". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib: "Böyük ölkələr ilk gedişlərini ediblər, şahmat terminləri ilə desək, hələ debüt mərhələsi başa çatmayıb və bu vacib mərhələdə Naxçıvanın inkişafı, problemlərinin həlli daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb.
Naxçıvan iqtisadiyyatının inkişafına güclü təkan vermək zərurəti yaranıb. Bu istiqamətlər üzrə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda tədbirlər nəzərdə tutulub. Lakin, zəruri bir sıra vacib addımlar ləngiyir və bu sürət zamanın çağırışları ilə ayaqlaşmağa imkan vermir".