Dövlət QHT-lərin şəffaf fəaliyyətində maraqlıdır- ÖZƏL

"Azərbaycanda QHT sektorunun sərbəst və şəffaf fəaliyyəti üçün hər cür şərait yaradılıb və QHT-lərin ictimai əhəmiyyət kəsb edən təşəbbüsləri daim dövlət tərəfindən dəstəklənir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quiyev deyib: "Dövlət QHT-ləri dəstəkləməklə yanaşı onların fəaliyyətinin şəffaf və milli maraqlara uyğun qurulması üçün qanunvericilik bazasının təkmilləşdirilməsində də maraqlıdır. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna təklif olunan dəyişiklər də bu məqsədə xidmət edir.

Belə ki, dəyişikliyə əsasən qeydiyyata alınmayan xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələr  üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatların aparılması bütün subyektlərə (o cümlədən belə əməliyyatlar aparan banklara və digər ödəniş xidməti təchizatçılar) qadağan edilir.

Əslinə baxanda bu müddəa yeni deyil, belə ki, 2015-ci ildə 337 saylı qərarla Nazirlər Kabinetinin  təsdiq etdiyi Qaydalarda xarici maliyyə mənbələri hesabına həyata keçirilən xidməti müqavilələrlə bağlı bu tələb var, lakin indiyə kimi bu tələbləri pozanlara qarşı inzibati məsuliyyət müəyyən edilməmişdir. İndi isə bu müddəa QHT qanunvericiliyinə gətirilir, həm də İnzibati Xətalar Məcəlləsinə  yeni 432-1  maddə əlavə olunur ki, bu maddəyə əsasən  qeyd olunan tələbləri pozan vəzifəli və hüquqi şəxslərə cərimə sanksiyaları tətbiq ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31