Prezidentin yürütdüyü siyasət regionları paytaxta daha əlçatan edir- ÖZƏL

"Hərtərəfli inkişaf konsepsiyasını prioritet sayan Azərbaycan dövləti üçün regionların bərabər sosial-iqtisadi inkişafı əsas məqsədlərdən biridir. Vacib amillərdən biri odur ki, burada müəyyən edilmiş bölgələr, lider bölgələr və problemli bölgələr təsnifatı mövcud deyil. Çünki Prezident İlham Əliyev bildirir ki, Azərbaycan sadəcə Abşeron yarımadası və paytaxt Bakıdan ibarət deyil". 

"Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatları Azər Badamov deyib: "Dövlət başçımızın yürütdüyü siyasət regionları paytaxta, paytaxtı da regionlara daha əlçatan edir, region əhalisinə paytaxt sakinlərinə verilən xidmətləri və yüksək həyat standartlarını təqdim edir. Atılan bütün addımlar müxtəlif regionlar arasında mövcud olan sosial və iqtisadi disbalansı aradan qaldırmağa xidmət edir. Regional siyasət ölkəmizin bütün regionlarını, şəhər və kəndlərini əhatə edir, iş yerlərinin yaradılmasına, biznesin rəqabət qabiliyyətinə, iqtisadi artıma, davamlı inkişafa və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.

Dövlətimiz investisiyaları dəstəkləyir, kiçik və orta sahibkarlığın inkişafına, yerli istehsalın artırılmasına çalışır.  Azərbaycanın regional siyasəti ölkəmizin hərtərəfli inkişafına, habelə regionda Azərbaycanın iqtisadi nöqteyi-nəzərdən statusunun daha da möhkəmləndirilməsinə xidmət edir. Regional siyasət, regionların sosial-iqtisadi inkişafı həm də demoqrafiya ilə də bağlıdır. Bu siyasət dünyada gedən maliyyə böhranının ölkəmizə təsirinin azaldılmasına xidmət edir.

Dövlət başçımızın bu dəfə də Yevlaxa səfər etməsi onu göstərir ki, yürüdülən aktiv beynəlxalq siyasətə paralel olaraq daxili siyasətdə də işlər sürətlə icra olunur. Məsələ həm də ondan ibarətdir ki, Qarabağın dirçəldilməsinə paralel olaraq digər regionlarımız da dövlətimizin, dövlət başçımızın diqqətindən kənarda qalmır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31