Prezident İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verdi
25 İyun 2025 11:38 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:
polkovnik İdris Mustafa oğlu Məhərrəmova
polkovnik Vasif Tofiq oğlu Xəlilova
polkovnik Elnur Sadıq oğlu Kazımova
polkovnik Elgün Aqil oğlu Əliyevə.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31