İtaliya vətəndaşlarının İrandan təxliyə edilməsində köməyə görə Azərbaycana təşəkkür edib – Səfir
24 İyun 21:00 Siyasətİtaliya vətəndaşlarının İrandan təxliyə edilməsində köməyə görə Azərbaycana təşəkkür edir.
Bunu İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Gianfrançesko İtaliya Respublikasının yaranmasının 79-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Səfir çıxışı zamanı son bir həftə ərzində Azərbaycanın İrandan çoxsaylı İtaliya vətəndaşının ölkə ərazisinə daxil olmasına şərait yaratdığını vurğulayıb.
Onun sözlərinə görə, bu addım iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq və humanitar həmrəyliyi nümayiş etdirib.
"Çətin vaxtda vətəndaşlarımıza göstərilən yardım və dəstəyə görə azərbaycanlı dostlarımıza dərin təşəkkürümüzü bildiririk", - deyə səfir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31