"Azərbaycan quru sərhədlərini təhlükəsizlik naminə bağlı saxlayır"- ÖZƏL

"Azərbaycan 2020-ci ildən bəri quru sərhədlərini bağlı saxlayır. Bu qərar ilk olaraq pandemiya şəraiti ilə əlaqələndirilirdi. Lakin zamanla əsas səbəb milli təhlükəsizlik amilinə çevrildi. Bölgədə, xüsusən İran və İsrail arasındakı gərginlik artıb və bu vəziyyət Azərbaycanın sərhəd təhlükəsizliyini birbaşa təsir edir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq bildirib ki, Azərbaycanın coğrafi mövqeyi onu risk zonasına salır:

"Quru sərhədlərin bağlı qalması ölkəni kəşfiyyat sızıntıları, qeyri-qanuni fəaliyyətlər və mümkün terror təhlükələrindən qoruyur. Bu addım həmçinin hərbi təhdidlərin qarşısını almaqda önəmli rol oynayır. Sərhədlərin bağlı olması ölkədə daxili sabitliyi də gücləndirir. Digər tərəfdən, bağlı sərhədlər ticarət əlaqələrinə və regional əməkdaşlıq imkanlarına müəyyən məhdudiyyətlər gətirir. Bu da iqtisadi inkişafı yavaşıda bilər. İranla münasibətlərdə yaranan soyuqluq riski də nəzərə alınmalıdır. Lakin bütün bunlara rəğmən təhlükəsizlik prioritet olaraq qalır və dövlətin əsas vəzifəsidir. Azərbaycan uzunmüddətli perspektivdə sərhədlərin açılmasını arzulayır. Ancaq bu yalnız regionda stabillik və etimad mühiti formalaşdıqdan sonra mümkündür. Xarici siyasətdə sərhəd məsələsi həssasdır və strateji yanaşma tələb edir. Prezident İlham Əliyev sərhədlərin bağlı qalmasının zəruriliyini dəfələrlə vurğulayıb və bu mövqeyi qoruyur. Bu siyasət Azərbaycanın təhlükəsizliyini qorumaq üçün atılan vacib və realist addımdır. Dövlət təhlükəsizliyi bütün digər sahələrdən üstün tutulur. Eyni zamanda, Azərbaycan həm təhlükəsizliyi, həm də iqtisadi inkişafı balanslı şəkildə təmin etməyə çalışır. Quru sərhədlərin bağlı qalması ölkənin daxili və xarici siyasətinə təsir edir, amma hazırki şəraitdə bu, ən doğru seçimdir. Regiondakı gərginliklər azalana, təhlükəsizlik təmin ediləndə sərhədlərin açılması üçün şərait yarana bilər. Bu addım həm ölkənin inkişafına, həm də regional inteqrasiyaya təkan verər. Lakin indiki risklər fonunda ehtiyatlı olmaq zəruridir. Azərbaycanın milli maraqları və təhlükəsizlik strategiyası bundan sonra da prioritet olaraq qalacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31