Rusiyanın İrana ciddi hərbi dəstəyi mümkün görünmür- ÖZƏL
15:09 Siyasət"İranın xarici işlər naziri Əraqçının Rusiya səfəri və diplomatik təmasları heç bir müsbət nəticəsi olmayacaq". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Rusiyanın İrana ciddi hərbi dəstəyi mümkün görünmür. Çünki, Rusiyanın özünə hərbi dəstək lazımdır. Siyasi dəstəyinə gəldikdə isə, ümumiyyətlə ABŞ və İsrail Rusiya ilə danışıqlarda maraqlı deyil. Rusiyanın təsirli dəstəyi olsa belə İranda sistemi qoruya bilməyəcək. Rusiyanın İrana hərbi -siyasi dəstəyi sistemin qorunması üçün yetərli deyil.
İran rejiminin islahatlara gedib, hakimiyyəti prezident M. Pezeşkiana təhvil verməkdən başqa çıxış yolu yoxdur. ABŞ və İsrailin hədəfi rejimi dəyişməkdir. D. Tramp Iranin təslim olmasını deyərkən hakimiyyətin təhvil verilməsini qeyd edir.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Xameneinin hakimiyyəti təhvil verilməsini diplomatik kanallarla çatdırır.
Azərbaycanda proseslərdən kənar qalmamalıdır. Prezident M. Pezeşkiana siyasi dəstək verə bilər. Bu, maraqlarımıza uyğundur. Həmçinin İsrailə Azərbaycanlılarla bağlı növbəti mesajını verməlidir. Təbriz və digər Azərbaycan şəhərlərində mülki infrastrukturun vurulmamasını tələb etməlidir".