Quru sərhədlərin bağlı qalması düzgün qərar idi-Deputat
14:32 Siyasət"Bu gün regionda baş verən hadisələr fonunda Azərbaycan uzaqgörən siyasətini bir daha ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib. Millət vəkili əlavə edib ki, İranda 77 ölkənin diplomatik nümayəndələrinin və vətəndaşlarının təxliyə edilməsində Azərbaycanın göstərdiyi yardım onun güclü və uzaqgörən siyasətinin nəticəsidir: "Ölkəmiz bu prosesi yüksək səviyyədə həyata keçirdi. Bu hadisə həm də quru sərhədlərimizin bağlı qalmasının nə qədər doğru olduğunu göstərdi. Beləliklə, Azərbaycanın regionda günbəgün inkişafı və dünyada nə qədər böyük nüfuza sahib olduğu bir daha təsdiqini tapdı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31