Revanşizm kölgəsi: Ermənistan sülh yox, müharibəmi axtarır?" - ÖZƏL
14:24 Siyasətİrəvanda Qarabağdan köçən ermənilər aksiyaya çıxıb. Revanşist çıxışlar edilib, sosial narazılıq artıb. Separatçılar hələ də qayıdış ümidi ilə yaşayır.
Maraqlıdır ki, separatçı ritorikanın artması regionda sabitliyə necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" Ermənistan daxilində revanşizm dalğasının qaldırılması, əlbəttə ki, regional təhlükəsizliyə təhdid formalaşdırır və hələ də Ermənistanda separatizm meyillərini alovlandırmaq istəyən şəxslərin olması təəssüf doğurur. Digər tərəfdən, "Qarabağ hələ itirilməyib" kimi tezislər, çağırışlar tamamilə qəbulolunmazdır.
Bu cür aksiyaların keçirilməsi hazırkı dövrdə təsadüfi deyil. Hesab edirəm ki, bu cür aksiyaları keçirməklə Nikol Paşinyana qarşı mövqe formalaşdırmağa çalışırlar. Onun seçkidə məğlub edilməsi kampaniyası həyata keçirilir.
Bütün məğlubiyyətlərin əsas günahkarı kimi Paşinyan qələmə verilir və müxtəlif geosiyasi mərkəzlər burada öz maraqlarını güdürlər. Eyni zamanda separatist ritorikanın güclənməsi qarşıdakı dövrdə də müşahidə edilə bilər və bu xüsusda Ermənistanın hüquq-mühafizə orqanları daha ciddi tədbirlər görməlidir. Bir tərəfdən revanşizm və separatizm fəaliyyətini həyata keçirən şəxslərə qarşı qəti tədbirlər icra olunmalıdır və nəzərə almaq lazımdır ki, bu tədbirlər həm də kənardan idarə olunur. Bu cür məsələlər regional sülhə, sabitliyə və təhlükəsizliyə də maneələr yarada bilər".
Zeynəb Mustafazadə