Prezident Tokayev Qazaxıstan neftinin Avropaya ixracının artırılması təşəbbüsünü dəstəklədiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib

Biz Türk Dövlətləri Təşkilatının potensialından neft, qaz və uran tədarük zəncirlərini şaxələndirmək üçün istifadə etməliyik. Bu baxımdan, Qazaxıstandan Avropaya neft ixracının artırılması təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

"Bizim səylərimizin həm Türkiyə, həm də Macarıstan tərəfindən dəstəkləndiyini yüksək qiymətləndiririk. Qazaxıstan bu sahədə qarşılıqlı faydalı layihələrin birgə həyata keçirilməsinə açıqdır", - Prezident Tokayev bildirib.

Onun sözlərinə görə, beynəlxalq ekspertlər Transxəzər neft-qaz kəmərinin tikintisi təşəbbüsünü getdikcə daha çox müzakirə edirlər.

"Bunlar transmilli əməkdaşlıq tələb edən irimiqyaslı layihələrdir. Ona görə də onların reallaşdırılması potensialının diqqətlə qiymətləndirilməsini və öyrənilməsini vacib hesab edirəm", - o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31