Rusiya-Ukrayna müharibəsinin qlobal təsirləri hər kəs tərəfindən hiss olunur - Ərdoğan
21 May 2025 13:58 SiyasətRusiya-Ukrayna müharibəsinin qlobal təsirləri hər kəs tərəfindən hiss olunur.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, tərəflər 2022-ci ildən bu yana ilk dəfə bu yaxınlarda yenidən İstanbulda bir araya gəldilər.
"Hərtərəfli atəşkəsin və ədalətli sülhün əldə edilməsi istiqamətində hər iki ölkə ilə sıx əlaqədə olmağa davam edəcəyik. Həmçinin, 14 il davam edən müharibədən sonra Suriyanın müstəqilliyinə qovuşması istiqamətində səylərimiz davam edir. Fürsətin doğru şəkildə istifadə edilməsi sadəcə Suriyada deyil, regionda və digər ərazilərdə sabitliyin saxlanması baxımından vacibdir", - deyə o qeyd edib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31