Azərbaycan-Macarıstan münasibətlər strateji əməkdaşlığa əsaslanır- ÖZƏL
21 May 2025 13:57 Siyasət"Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlər qarşılıqlı hörmətə, dostluğa və strateji əməkdaşlığa əsaslanır. İki ölkə bir çox sahələrdə - siyasi, iqtisadi, enerji, mədəni və humanitar istiqamətlərdə səmərəli əməkdaşlıq edir. Xüsusilə son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı verdiyi bəyanatlar ölkəmizin milli maraqlara söykənən və strateji baxışla həyata keçirilən xarici siyasət kursunun növbəti bariz nümunəsidir. Bu səfər yalnız ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın Avropada artan nüfuzunun göstəricisi kimi diqqət çəkir.