Rəsmi Bakı Hindistan və Pakistan arasında gərginliyin artmasından narahatdır

Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.

Olaylar.az xəbər verir ki, bu barədə XİN-in Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanatında deyilir.

"Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - deyə bəyanatda bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31