Trampın Suriyada ilişib qalması inandırıcı deyil- ÖZƏL

"Suriyanın hazırkı iqtidarı bütünlüklə ölkə ərazisinə nəzarəti təmin edə bilmir. Bəzi terrorçu dəstələrin silahı yerə qoymaması, ölkə ərazisinə təhdidlərin davam etməsi deməyə əsas verir ki,   Suriyanın prezidenti Əhməd Əl Şaraanı çətin duruma salır". "Olaylar" xəbər verir ki, bunu  siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Aydın məsələdir ki, həm Rusiya, İran, həm də ABŞ və İsrail Suriyanın Türkiyə ilə belə sıx əməkdaşlığını qəbul edə bilmirlər. Amma müsbət gözləntidir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında dünən telefom danışığı olub. Ehtimal olunur ki, Tramp Ərdoğanla Suriya məsələsində müəyyən razılıq əldə edə biliblər. Hətta ABŞ prezidenti əvvəllər də çıxışı zamanı Suriyadan öz qoşunlarını çıxaracağını  bəyan etmişdi. O, İsraillin müttəfiqi olsa da, bu məsələ də Ərdoğanla mövqeyini uzlaşdırdığını düşünmək olar. Çünki dünya hegemonluğuna iddialı olan Trampın Suriyada ilişib qalması inandırıcı deyil. Əgər ABŞ Suriyadan əlini çəkərsə, bu İsrailin Dəməşqə olan hədələrini azaldacaq. 

Hakimiyyətdən qovulmuş diktator Bəşər Əsədin siyasəti nəticəsində  şəhərləri dağıdılımış, insanları ağır səfalət içərisində yaşayan Suriyanı hazırda yenidən qurmaq, tikmək, ən əsası müstəqil dövlətə çevirmək rahat olmayacaq. Bu yolda regional güc olan qardaş Türkiyə  bu ölkədə sabitliyin təmin olunmasında öz töhfəsini verəcəyinə ümid edirik. 
Suriyanı parçalamaqla, vətəndaş müharibəsinin başlamasında maraqlı qüvvələrin məkrli  planlarının baş tutmayacağına inanmaq istərdik. Həm də Suriyanı müstəqil və azad ona görə görmək istəyirik ki, orada xeyli sayda bizim qan qardaşlarımız, türkmənlər yaşayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31