Azərbaycan birgə yaşayış baxımından dünyaya nümunədir- ÖZƏL

"Bu gün Azərbaycanda yaşayan İngiloyların "Giorqoba" - "Müqəddəs Georgi günü" bayramıdır. Ölkəmiz fərqli xalqlar, etnik qrupların sülh, qardaşlıq və birgə yaşayışı üçün dünyaya nümunə olacaq yerdir". "Olaylar" xəbər verir ki, bunu  Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini - partiya Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib: "Hər kəsin fərqli, milli adət ənənəsi çox önəmlidir və Azərbaycanda xalqların həmrəylik mühiti bütün etnik qrupları öz adətlərini ən yüksək səviyyədə yaşatmağa imkan verir. Azəbaycanda yaşayan  ingiloylar da bu günü Qax rayonunda yerləşən "Kürmük" kilsəsində böyük coşqu və sevinclə qeyd edirlər. Azərbaycan ingiloylarını "Giorqoba" bayram münasibəri ilə təbrik edir, ölkəmizdə yaşayan bütün xalqlara sülh və əmin-amanlıq arzu edirəm. Biz birlikdə güclüyük. Yaşasın Vətəndaş Həmrəyliyi!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31