Azərbaycan tarixinin ən möhtəşəm dövrünü yaşayır- ÖZƏL
11:49 Siyasət"Ulu Öndər bütün həyatını Azərbaycan xalqına və dövlətinə həsr edib. Azərbaycanın konstitusiya quruluşunun və suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunmasının əsasında da məhz Heydər Əliyev siyasəti dayanır". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs sədrinin müavini Sədaqət Qəhrəmanova deyib. YAP Veteranlar Şurasının sədr müavini diqqətə çatdırıb ki, hazırda Azərbaycan tarixinin ən möhtəşəm dövrünü yaşayır: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Zəfər ilə güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirib. Müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması qarşıda dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq Böyük Qayıdış proqramı nəticəsində minlərlə insan doğma yurdlarına qayıdıb. Bölgənin dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək".