Uğurlarımızın zirvəsində Qarabağ Zəfəri dayanır- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlər danılmazdır". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib. O, qeyd edib ki, müasir Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir: "Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Uğurlarımızın zirvəsində isə Qarabağ Zəfəri dayanır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə nəhəng quruculuq işləri həyata keçirilməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31