Gündəlik Tehran-Bakı reysləri açıldı
6 May 11:14 SiyasətGündəlik Tehran-Bakı reysləri açılıb.
Olaylar.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Möhecerani mətbuat konfransında bildirib.
"Prezident Məsud Pezeşkianın Azərbaycana ilk səfəri fonunda ikitərəfli siyasi etimadın yaradılması istiqamətində strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çoxsaylı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub. Bu səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran-Bakı reysləri açılıb", - o qeyd edib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31