Qlobal Cənub QHT platformasının yaradılması yeni perspektivlər açır - UAE WiRE
15:20 SiyasətQlobal Cənub QHT platformasının yaradılması yeni perspektivlər açır.
Trend xəbər verir ki, bunu UAE WiRE (Bərpaolunan enerjidə qadınlar) rəhbəri Acay Rahaf Bakıda keçirilən Qlobal Cənub QHT platformasının təsisat konfransının gedişində bildirib.
"Qlobal Cənub QHT platformasının yaradılması bizə iki əsas imkan təqdim edir. Birincisi, biz platformanın müxtəlif səsləri gücləndirməsini təmin etməliyik, xüsusilə də söhbət qadınlar, icmalar və gənclərdən gedir, çünki qərarlar onların iştirakı olmadan qəbul edilə bilməz. İkincisi, ictimaiyətlərin başçılığı altında iqlim təşəbbüslərinə resursları yönəldən maliyyə mexanizmlərini inkişaf etdirmək üçün kollektiv təcrübəmizdən istifadə etməliyik", - Rahaf bildirib.
Onun sözlərinə görə, iqlim ədalətliliyinə aparan yol Qlobal Cənubdan keçir.
"Bu platforma vasitəsilə səslərimizi və fəaliyyətimizi birləşdirməklə, qlobal iqlim gündəmini elə dəyişə bilərik ki, o, iqlim böhranından ən çox əziyyət çəkən təbəqə üçün həqiqətən faydalı olsun" ,- deyə o bildirib.