Azərbaycan-Çin münasibətləri qarşılıqlı etimada əsaslanır- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  aprelin 21-də Çinin nüfuzlu Sinxua agentliyinə geniş müsahibə verib. Müsahibə zamanı dövlətimizin başçısı Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın möhkəmlənməsindən, "Bir Kəmər, Bir Yol" təşəbbüsündə ölkəmizin iştirakından, eləcə də regional və qlobal məsələlərə dair fikir mübadiləsindən bəhs edib". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib:
"Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Çin arasındakı münasibətlər tarixi dostluğa və qarşılıqlı etimada əsaslanır. O qeyd edib ki, son illər ərzində iqtisadi, ticarət, nəqliyyat və energetika sahələrində əməkdaşlıq xeyli dərəcədə genişlənib. Dövlət başçısı Çinin təşəbbüsü olan "Bir Kəmər, Bir Yol" layihəsinin regionda dayanıqlı inkişaf və iqtisadi inteqrasiyanın təşviqində mühüm rol oynadığını vurğulayıb.

Prezident Əliyev həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu təşəbbüsün tərkib hissəsi kimi Azərbaycanın logistika potensialını daha da gücləndirib. O, əlavə edib ki, Çin şirkətləri Azərbaycanın infrastruktur layihələrində və sənaye zonalarının inkişafında fəal iştirak edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31