Qlobal Cənub QHT platforması beynəlxalq həmrəyliyin vacib nümunəsidir- ÖZƏL
15:16 SiyasətBakıda 116 ölkənin QHT rəhbərlərinin qatıldığı Qlobal Cənub QHT Platformasının təsis konfransı açılıb. COP29 çərçivəsində təşkil edilən tədbir, yoxsulluq, iqlim dəyişikliyi və rəqəmsal uçurum kimi məsələlərlə mübarizəyə yönələcək. Konfrans iki gün davam edəcək.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib. Politoloq bilidirib ki, Qlobal Cənub QHT platforması beynəlxalq həmrəyliyin vacib nümunəsidir:
"Bugün dünya üçün çox əhəmiyyətli bir addım atılır. Nəzərə almaq lazımdır ki, Qlobal Cənub QHT platforması çox vacib əhəmiyyətə malik bir platformadır və bu platformanın yaranması dünyanın qeyri-hökumət cəmiyyəti sahəsində artıq vahid bir həmrəylik nümunəsi ortaya qoyduğunu göstərir. Eyni zamanda, xüsusilə Bakıdakı COP29 tədbirindən sonra beynəlxalq həmrəylik və məsuliyyət şüurunun daha da artırılması ilə bağlı ortaq bir qənaətə gəlinibdir. Doğrudan da, bugün dünyada hər bir şeyi dövlət idarəedicilərindən və hökumətlərdən gözləmək olmaz. Vətəndaş cəmiyyətinin də beynəlxalq bir koalisiyaya, birliyə ehtiyacı olduğunu biz hər bir sahədə görürük.
Ona görə də Qlobal Cənub platformasının yaranması böyük əhəmiyyətə malikdir. Biz dünyada baş verən istənilən böhranlı vəziyyətlərdə özlərini daha inkişaf etmiş kimi göstərən Qərb ölkələrinin, dövlətlərinin və onların idarəedicilərinin digər ölkələrə qarşı bəzən saymaz yanaşmalarını görürdük. Amma bugün Qlobal Cənub hər bir sahədə inkişaf edir və dünya əhalisinin 80%-ni birləşdirən 116 ölkənin nüfuzlu qeyri-hökumət təşkilatı rəhbərlərinin vahid bir platformada bir araya gəlməsi dünyanın həmrəylik şüurunun növbəti və çox vacib göstəricilərindən biri sayılır. Eyni zamanda, bugün Azərbaycanın Qlobal Cənub QHT platformasına ev sahibliyi etməsi, ölkəmizin bu sahədə fərqlənməsi və Azərbaycanda belə bir platformanın fəaliyyətə başlaması bir daha göstərir ki, bugün Azərbaycan dünyanın siyasi trendlərini müəyyənləşdirən ən avangard ölkələrdən biridir".
Zeynəb Mustafazadə