Kaxa Kaladze: “Gürcüstanla şantaj dili ilə danışmağa heç kimə imkan verilməyəcək” – ÖZƏL
22 Aprel 2025 16:11 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın hakim partiyası "Gürcü Arzusu"nun baş katibi və Tbilisi meri Kaxa Kaladze bəyan edib ki, ölkəyə qarşı şantaj uzun müddətdir davam edir və Avropa İttifaqına inteqrasiya prosesi daxili gərginliyi artırmaq, radikal qrupları oyatmaq və cəmiyyət arasında qarşıdurma yaratmaq məqsədilə istifadə olunur.
"Əsas məsələ viza liberallaşması deyil, Gürcüstanın maraqları, müstəqilliyi və suverenliyidir. Biz heç kimə hücum etmirik, sadəcə öz ölkəmizi və maraqlarımızı qoruyuruq. Heç kimə Gürcüstanla şantaj dili ilə danışmağa və bu prosesi öz maraqlarında istifadə etməyə imkan verilməyəcək," - deyə Kaladze vurğulayıb.
O əlavə edib ki, Gürcüstan Avropaya inteqrasiya etmək istəyir, çünki azad söz, mülkiyyət hüququ və biznes toxunulmazlığı kimi ortaq dəyərləri bölüşür.