Simonyan: “Sahibə Qafarova ilə qısa söhbətimiz oldu, proses dalana dirənməyib” – ÖZƏL
22 Aprel 2025 15:42 SiyasətErmənistan parlamentinin spikeri Alen Simonyan MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə qısa söhbət etdiyini bildirib.
Olaylar.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Razılaşdırılmış sənəd var və hər hansı dalandan söhbət gedə bilməz. Azərbaycan tərəfi də sülh müqaviləsinin imzalanması prosesinin mümkün qədər tez başa çatmasında maraqlıdır," - deyə Simonyan qeyd edib.
Onun sözlərinə görə, tərəflər bu istiqamətdə iş aparır. Simonyan əlavə edib ki, parlament sədrləri iclas zamanı bir neçə saat yanaşı oturublar və söhbətin detalları barədə ictimaiyyətə məlumat verməmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Alen Simonyan və Sahibə Qafarova sonuncu dəfə 2024-cü ilin mayında Cenevrədə, Parlamentlərarası İttifaqın VI Ümumdünya Konfransının Hazırlıq Komissiyasının ilk iclası çərçivəsində görüşüblər.