Qürurverici haldır ki, “Qarabağ Azərbaycandır”, “Zəfər günün mübarək, doğma xalqım” ifadələri ana dilimizdə səsləndi- ÖZƏL

"Bu gün əsası Dahi Lider Heydər Əliyev tərəfindən qoyulan ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib: "Dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşan dövlətimizin başçısı Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində atdığı çox mühüm addımlar, imzaladığı Sərəncamlar, ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Qürurverici haldır ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün əmrləri, "Qarabağ Azərbaycandır", "Zəfər günün mübarək, doğma xalqım" ifadələri ana dilimizdə səsləndi. "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir." Ulu Öndər söylədiyi bu fikir bir daha təsdiq edir ki, ana dilimizi bütün gözəllikləri və incəlikləri ilə qorumaq tutduğu statusdan, yaşından, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının borcudur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31