Ermənistanda müxalifət Azərbaycanla sülhə qarşı çıxır- ÖZƏL
22 Aprel 2025 15:36 Siyasət"Ermənistan parlamentində keçmiş prezident R. Koçaryanın tərəfdarlarndan ibarət"Ermənistan" bloku qondarma erməni soyqırımını inkarina görə cinayət məcəlləsi nəzərdə tutan qanun layihəsini təqdim edib. Hakim "Mülki Müqaviləsi" partiyasının deputatları sərt reaksiya verib. Tərəflər arasında əlbəyaxa dava ediblər". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Müxalifətin belə bir qanun layihəsini təqdim etməsi əsasən N. Paşinyanın Türkiyə ilə normallaşma prosesinə zərbə vurmaq planıdır. N. Paşinyan Türkiyə ilə normallaşma prosesində soyqırım məsələsindən imtina edir. Həmçinin belə bir soyqırımı sual altına alır. Müxalifətin təşəbbüsü Ermənistan Azərbaycan arasında danışıqlar prosesini sabotaj edir. Müxalifət bununla bağlı 2026-ci seçkilər öncəsi N. Paşinyan "soyqırımdan imtina"- edir təbliğatı qurur. Göründüyü kimi, revanşist müxalifətin öz siyasətindən əl çəkmir və onların hakimiyyətə gəlməsi regionda yeni hərbi eskalasiyaya gətirib çıxara bilər".