YAP-ın sıraları günü-gündən kəmiyyət və keyfiyyət baxımından zənginləşir- ÖZƏL
22 Aprel 2025 11:23 Siyasət"Yarandığı gündən sözlə əməl birliyi Yeni Azərbaycan Partiyasının nüfuzunu gündən-günə artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir". "Olaylar" xəbər verir ki, bunu YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov deyib: "Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı ilə Azərbaycanın 44 gün ərzində ərazi bütövlüyünü təmin etdi. 23 saatdan az davam edən antiterror tədbirləri ilə isə suverenliyini tam bərpa etdi. Hazırda Qarabağda aparılan nəhəng quruculuq-bərpa işləri dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31