Azərbaycanlıların Zəngəzurdan qovulmasını təsdiq edən daha bir sənəd üzə çıxıb- ÖZƏL

"Bolşevik Ermənistanının siyasətinə və Zəngəzurdan vəhşicəsinə qovulan azərbaycanlıların ağır vəziyyətinə dair daha bir sənəd Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi sədrinin Zaqafqaziya Federasiyası İttifaq Şurasına 1922-ci il mayın 27-də yazdığı 525 saylı məktubdur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Gürcüstan Mərkəzi Ən Yeni Tarix Arxivində saxlanılan məktub qaçqınların məsələləri üzrə komissiyasının iclasından sonra yazılıb və müvafiq protokol əlavə edilib. Yazılır ki, daşnakların hakimiyyəti illərində Andranik, Yapon və başqalarının başçılıq etdiyi dəstələr Zəngəzurdan əhalini qovdular. Əhali doğma yurdlarını, evlərini, əmlaklarını, tarlalarını, vətənlərini qoyub qaçmağa məcbur oldu. Komissiyanın iclasında Zəngəzur qəza inqilab komitəsinin sədri Arutunov demişdi ki, Zəngəzurdan olan qaçqınları vətənlərində qəbul edə bilməyəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31