ABŞ Yaponiyaya daha İki B-1B Lancer Bombardmançısı göndərdi – ÖZƏL
21 Aprel 2025 13:19 SiyasətABŞ Yaponiyanın Honşu adasının şimalında yerləşən Misava hərbi bazasına daha iki strateji B-1B Lancer bombardmançısı göndərib.
Bu barədə Olaylar.az Newsweek nəşrinə istinadən məlumat verir.
İlk iki B-1B Lancer bombardmançısı 15 aprel tarixində bazaya çatdırılıb, ikinci cüt isə 18 apreldə bölgəyə yerləşdirilib. Bundan əvvəl ABŞ ötən həftə eyni bazaya iki qırıcı təyyarə də göndərmişdi.
Qırıcı təyyarələr Texas ştatındakı Deyton hərbi bazasından Yaponiyaya transfer olunub. Təyyarələrin bölgəyə göndərilməsində məqsəd ABŞ Hərbi Hava Qüvvələrinin müttəfiqlərlə birgə təlimlər keçirməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31