Azərbaycan Cənubi Qafqazda sülhün və sabitliyin davamlı olmasına öz töhfələrini verir- ÖZƏL

"Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz layihələri, nəqliyyat və kommunikasiya layihələri çox böyük coğrafiya üçün önəmlidir. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunması Azərbaycan və Gürcüstanın iştirakı olmadan mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə deyib: "Etiraf olunmalıdır ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı olmasına həm Gürcüstan, həm də Azərbaycan öz töhfələrini verirlər. Əlbəttə ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış çox mühüm bir addım da Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması olacaq. Öz bəyanatında Gürcüstan Prezidenti də ümid etdiyini bildirdi ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və bu, regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31