Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
10:50 SiyasətPrezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclası aprelin 23-də keçiriləcək.
Olaylar.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məlumat verib.
Qeyd edək ki, bu komissiyanın sayca 6-cı iclas olacaq. Ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə beş iclası olub və 500-dən çox müraciətə baxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31