Rəsmi İrəvan öz mövqeyindən geri çəkildi- ÖZƏL
15 Aprel 2025 13:01 Siyasət"Ermənistan hakimiyyəti Konustitusiya dəyişikliyinə 2026-ci ildə parlament seçkilərindən sonra gedəcəyini qeyd edirdi. Rəsmi Yerevan 2027-ci ildə konustitusiya dəyişikliyini zəruri hesab edirdi. Artıq rəsmi İrəvan öz mövqeyindən geri çəkildi. Çünki Azərbaycan Konustitusiya dəyişmədən sülh müqaviləsinə imza atmayacağını elan edib". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: " Ermənistan konustitusiyasına dəyişikliklər etmədən Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışır. Amma, rəsmi Bakının sülh müqaviləsi üzrə siyasəti dəyişməz olaraq qalır. Ermənistan Qərbə inteqrasiya siyasəti həyata keçirir. Sülh müqaviləsi bağlanmadan Türkiyə ilə münasibətlər normallaşmayacaq. Artıq Ermənistan hakimiyyətinin Konustitusiya dəyişikliyinə istənilən vaxt gedə biləcəyini açıqladı. Ermənistan hakimiyyəti il ərzində Konustitusiyada dəyişiklik edərsə, ilin axırına kimi sülh müqaviləsi bağlana bilər".