Azərbaycanın qaz sənayesinin inkişafı Avropanın enerji təhlükəsizliyi üçün vacibdir- ÖZƏL

"Azərbaycan enerji sektorlarına böyükhəcmli sərmayələr yatırır, nəql infrastrukturlarını müasirləşdirir, yeni innektorların tikintisi üçün xaricdən maliyyə cəlb edir". "Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev deyib: "Enerji istehsalının artması birbaşa Aİ ölkələrinin enerji təhlükəsizliyini möhkəmləndirir, yeni nəql və tədarük tələbləri meydana çıxır ki, bunlar da öz növbəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsini aktuallaşdırır. Ancaq Avropa sərmayələr məsələsində xəsislik və ya laqeydlik göstərir. Dövlət başçısının ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumdakı çıxışında diqqətçəkən məqamlardan biri məhz bu məsələ ilə bağlı oldu. Prezident İlham Əliyev vurğulayıb: "Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31