Yeni zehniyyətin kəşfində 'Olaylar' qəzetinin rolu önəmlidir- Turan Rzayev - ÖZƏL

"Olaylar qəzetinin  Azərbaycan tarixində, həmçinin Azərbaycan mətbuat tarixində kifayət qədər böyük bir yeri var. Otuz illik tarix heç də kiçik bir vaxt müddət deyil. Bu, faktiki olaraq müstəqil  Azərbaycanın tarixi ilə eyni bir tarixdir. Bu baxımdan "Olaylar" qəzetini həm də  Azərbaycanın köklü media qurumlarından biri kimi qiymətləndirmək olar".
Bu fikirləri Politoloq Turan Rzayev Olaylar.az-a  açıqlamasında söyləyib:

"Otuz il ərzində kifayət qədər böyük hadisələr baş verib. Torpaqlarımızın işğala uğraması, daha sonra torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin xarici siyasətdə apardığı uğurlu addımlar, Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, ondan sonra Prezident  İlham Əliyevin fəaliyyətləri. Yəni,  müstəqil Azərbaycan tarixinin, bəlkə də ən yeni tariximizin ən önəmli mənfi və müsbət hadisələrinə şahidlik etmişik və bu hadisələrin işıqlandırılmasında, operativ və dəqiq, qərəzsiz formada çatdırılmasında "Olaylar" qəzetinin rolu misilsizdir. Xüsusilə "Olaylar" qəzetinin fəaliyyətində ən diqqətçəkən məqamlardan biri də seçilən ekspertlər məsələsidir. Ölkədə və dünyada baş verən siyasi proseslərə operativ və cəld reaksiyalar verən media qurumudur.
Xüsusilə qeyd etmək lazımdır ki, burada təkcə yaşlı və təcrübəli politoloqlar yox, eyni zamanda gənc, bu sahəyə yeni addım atan ekspertlərə də üstünlük verilir. Hesab edirəm ki, bu, həmçinin ölkənin   siyasi sferasında yeni parlayan və öz imzasını, öz dəsti-xəttini və siyasi fikirlərini istinadlı şəkildə bölüşmək istəyən ekspertlərin kəşfi, onların tanıdılması baxımından olduqca mühümdür. Bu, Azərbaycan media qurumları arasında çox az bu yöndə siyasi tapşırıqlar həyata keçirən media qurumudur. Təəssüf ki, bir çox media qurumlarında biz gənc ekspertlərdən çox yaşlı ekspertlərə üstünlük verildiyini düşünürük. Təbii ki, təcrübə önəmli bir faktordur, amma eyni zamanda nəzərə almaq lazımdır ki, gənc, enerjik insanların, aydın düşünənlərin, gündəmi daha operativ izləyən insanlara ehtiyacı var və artıq yeni yetişən nəsil də öz nəsil çərçivəsindən ekspertlərə ehtiyac duyurlar. Yeni dövrün siyasəti, yeni reallıqlar dərk edən, yeni zehniyyət formalaşır ki, bu zehniyyətin də işıqlandırılmasında, onların kəşfində "Olaylar" qəzetinin, hesab edirəm ki, çox önəmli bir yeri var. Şəxsən, mən özümdə, "Olaylar"  qəzetinə mənim də ilk açıqlamalar verdiyim mətbuat orqanlarından biridir. Bu baxımdan da "Olaylar" hər zaman doğma bir media qurumu olub. Mən də öz növbəmdə təbrik edirəm, bundan sonrakı fəaliyyətdə də uğurlar arzulayıram və inanıram ki, bir 30 il sonra da biz "Olaylar" saytının, həmçinin qəzetinin fəaliyyətini görəcəyik və daha yenilənmiş, daha yeni dövrün şərtlərinə uyğunlaşmış və texnoloji imkanları ilə tərtib edilmiş media qurumu olaraq ölkə tarixində öz yerini saxlayacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31