Deputatlarımız Türkiyəyə səfər edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Səhiyyə komitəsinin sədri, Türkiyə iləparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nigar Arpadarai, Əziz Ələkbərov, Ramil Həsən aprelin 10-daIV Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, "Bölünən dünyada diplomatiyaya sahib çıxmaq" mövzusuna həsr edilmiş Forumda dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli dövlət qulluqçuları, deputatlar, diplomatlar, beyin mərkəzlərinin ekspertləri, qeyri-hökumət təşkilatlarının və medianın nümayəndələri bir araya gələcəklər.
Tədbirdə qlobal və regional səviyyədə prioritet təşkil edən məsələlərin konstruktiv şəkildə həlli,beynəlxalq sistemi ciddi sınağa məruz qoyan mübahisə və münaqişələrin diplomatiya yolu ilə aradan qaldırılması, dünyada sülhə, firavanlığa və sabitliyə nail olunmasıyollarının axtarılması barədə müzakirələr aparılacaq.
Səfər aprelin 13-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31