Azərbaycanın artan nüfuzu enerji diplomatiyasında da öz sözünü deyir- ÖZƏL
9 Aprel 2025 14:23 Siyasət"Azərbaycanın tarixi Zəfərimizin reallıqları fonunda artan nüfuzu enerji diplomatiyamızın uğurlarının davamlılığında da özünü qabarıq şəkidə nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "O da məlumdur ki, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu mühüm sənəd gələcək planlar üçün aydın yol xəritəsi kimi dəyərləndirilir. Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırılması planlaşdırılır. Buna əsas verən resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımızdır. Cənab İlham Əliyev hər zaman bu çağırışı edir ki, məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq".