Ermənistanda müharibə həyəcanı: kampaniya başladıldı
13:53 SiyasətErmənistanda yaxın zamanlarda müharibənin baş verəcəyinə dair yayılan məlumatlar əhali arasında narahatlığa səbəb olub.
Olaylar.az xəbər verir ki, müharibə adı altında orduya dəstək üçün bir neçə kampaniya başladıldığı deyilir.
Məlumata görə, naməlum şəxslər sosial şəbəkələrdə sərhəddə döyüşlərə hazırlıq görüldüyünə dair əsası olmayan xəbərlər yayıblar. Bu yolla "əsgərə dəstək olaq", "orduya yardım" başlıqları ilə müxtəlif kampaniyalara start verilib. Saxtakarlar sosial şəbəkələrdəki paylaşımlarda kart nömrəsi qeyd edərək pul toplamağa çalışırlar.
Artıq erməni Teleqram kanallarında əhaliyə xəbərdarlıq edilir və bu kimi kampaniyalara inanmağa çağırırlar.
Hətta bir sıra vəqflərin də eyni üsula əl atdığı, insanların da onlara güvənərək pul göndərdiyi qeyd olunur.