Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir- ÖZƏL

"Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli və  əvəzolunmaz layihədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Bu layihədə  həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarı, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Dövlət başçısı İlham Əliyev Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasındakı çıxışında onu da vurğuladı ki, uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur.  Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Qaz təchizatımızın coğrafiyası genişlənir. 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə Azərbaycan qazının  alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür".
Malik Həsənov vurğulayıb ki, Cənub Qaz Dəhlizi sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas oyunçulardan birinə çevrilib: "Prezident Əliyevin vurğuladığı kimi, bu layihə təkcə nəqliyyat marşrutu yaratmaqla məhdudlaşmır, eyni zamanda, enerji mənbələrinin diversifikasiyasını təmin edərək Avropanın enerji təchizatında yeni səhifə açır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31