Deputatlarımız QDİƏT PM-nın tədbirinə qatılacaqlar
7 Aprel 2025 12:29 SiyasətMilli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏTPM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova aprelin 8-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputatlar səfər çərçivəsindəQDİƏT PM-in İqtisadi siyasət və inkişaf komitəsinin 64-cü iclasında iştirak edəcəklər, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.
Səfər aprelin 10-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31