ABŞ-nin yeni tariflərlə bağlı qərarı birmənalı qarşılanmayıb- ÖZƏL

"Elan olunduğu kimi İsrailin Baş Naziri ABŞ Prezidenti Donalda Trampla danışıqlar aparmaq üçün arıq bu ölkəyə yola düşüb. Səfərdən məqsəd Trampın elan etdiyi vergi tarifləri ilə bağlı müzakirələr aparmaqdır". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Artıq məlum olduğu kimi ABŞ Prezidentinin təqdim etdiyi siyahidə İsrail üçün 17 faizlik bir atrif nəzərdə tutulur. Amma bu tarif Netanyahu hökumətini qane etmir. Çünki İsrailin qonşusu olan Ərəb ölkələri Trampın əlindən 10 faizlik vergi tarifi ilə qurtula biliblər. İsrail isə regionda ABŞ-nin ən yaxın müttəfiqi olmasına baxmayaraq 17 faizlik vergi tarifinə məruz qalıb.
Beləliklə,  ABŞ-nin yeni tariflərlə bağlı İsraillə münasibətdə tutduğu mövqe birmənalı qarşılanmayıb, hətta təəccüb doğurub. Mütəxəssislər Trampın bu addımını sadəcə yeni oyun forması kimi dəyərləndirirlər. Yəni, Netanyahu tariflə bağlı ABŞ-yə səfər edir, Trampla danışıqlar aparır və vergi tarifinin azaldılmasına nail olur. Trampın yeni tətbiq etdiyi tariflərdən narazı olan digər ölkələr də İsrailin ardınca ABŞ-yə səfər edir, Trampla müzakirələr aparır, qarşılıqlı güzəştlər nəticəsində tarif ya azaldılır,  ya da Trampla dil tapa bilmirlər. Tramp yeni vergi tarifləri tətbiq etməklə digər ölkələrlə müzakiurələrə stimul yaradır. İsrail də həmişə olduğu kimi Trampın həyata keçirməyə çalışdığı siyasətin ən yaxın dəstəkçilərindən birinə çevrilir.  Əla düşünülmüş ssenaridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31