Almaniyanın Ermənistana təsiri ilə nüfuzunun artması mümkündür- ÖZƏL

"Almanya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri uğurlu oldu. Baxmayaraq ki, Azərbaycan və Almanya arasında kifayət qədər gərgin aspektlər yaranmışdı və bu da Almanya tərəfinin mövqeyi səbəbindən yarandı. Ermənistana Almanya Prezidenti səfər etdikdən  sonra yaranan məsələlərin həll üçün Almanya Prezident Administrasiyasının adımları, jesti dəyərləndirildi və sonra bu səfər həyata keçirildi"

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında qeyd edib. 
Politoloq bildirib ki, Azərbaycanın məsələsi sülhə töhfə verən mövqedir:

"Səfər çərçivəsində mətbuat konfransında Cənab Prezident Azərbaycanın siyasi gündəliyini Almanya Prezidentinin diqqətinə çatdırdı, həm də geniş auditoriya bunu bildi.  Hesab edirəm ki, Azərbaycanın milli maraqlarına sökənən fikirlərdir.
 17 paragrafdan ibarət olan sülh müqaviləsi razılaşdırılıb, lakin Azərbaycanın tələbləri var. Bu Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Uzun müddətdir ki, bu istiqamətdə danışıqlar gedir, Azərbaycan öz milli mövqeyini həmin məsələlərdə ifadə edir və tamamilə  prinsiplərin irəli sürülməsində haqlıdır. Çünki Minsk Qrupu fəaliyyət göstərmirsə, onun bıraxılması artıq bir zərurətə çevrilmişdir. Digər tərəfdən, Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları hüquqi zəmində qalır. Burada Ermənistanın müstəqillik haqqında bəyannaməsinə istinad edilir və orada da Qarabağın-Ermənistanla birləşdirilməsi fikirləri mövcuddur.  Bu, tamamilə hüquqi baxımdan Azərbaycan üçün qəbul olunan deyil və onun dəyişdirilməsi tələbləri var. Azərbaycanın məsələsi sülhə töhfə verən mövqedir.  Eyni zamanda Azərbaycan əlavə hər hansısa tələb irəli sürmür. Bunu anlaya  Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer hesab edirəm, Ermənistana təzyiq edə bilər ki, bu tələblər yerinə yetirilsin və sülh üçün çox yaxşı fürsət yaransın. Əgər Almaniyanın Ermənistana təsiri ilə bu məsələlər yerinə təpənəcəksə, Almaniyada şübhəsiz ki, beynəlxalq geosiyasi aktor kimi nüfuzunun artırılmasına ümid edə bilər və bu Azərbaycan tərəfindən də müsibət qarşılanacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31