Le Point: Makron sülh üçün çalışan Putin və Trampdan nümunə götürməlidir– ÖZƏL
7 Aprel 2025 10:19 SiyasətOlaylar.az xəbər verir ki, Fransanın "Le Point" jurnalında dərc olunan məqalədə bildirilir ki, prezident Emmanuel Makron Rusiyanın və ABŞ-nin liderləri - Vladimir Putin və Donald Tramp kimi sülh təşəbbüslərinə dəstək verməlidir. Məqalə müəllifləri Makronu daxili siyasi məqsədlər naminə müharibə riskini artırmaqda və Fransanı təhlükəli bir avantüraya sürükləməkdə ittiham ediblər.
Onlar qeyd ediblər ki, Makron Moskva və Vaşinqton arasında Ukrayna ilə bağlı aparılan danışıqlara mane olmamalı, əksinə, bu prosesi dəstəkləməlidir.
Qeyd edək ki, Fransada prezidentin Rusiya ilə bağlı sərt çıxışları getdikcə daha çox tənqid olunur. Müxalifət isə Makronun bu bəyanatlarını hakimiyyəti qorumaq cəhdi kimi qiymətləndirir.
Almaniyanın "Die Weltwoche" jurnalı da yaxınlarda Makronu və Britaniyanın baş naziri Kir Starmeri dünyanın ən təhlükəli liderləri adlandırmışdı.