Azərbaycan Avropa enerji təhlükəsizliyində xüsusi rol oynayır- ÖZƏL
7 Aprel 2025 09:51 SiyasətAprelin 4-də Bakıda enerji sahəsində beynəlxalq iclaslar keçiriləcək. Tədbirlər Azərbaycanın Avropa ilə enerji əməkdaşlığını gücləndirir.
Politoloq Turab Rzayev Olaylar.az-a açıqlamasında Azərbaycanın Avropa enerji təhlükəsizliyində xüsusi rol oynadığını qeyd edib:
"İki əsas məsələyə diqqət yetirmək lazımdır. Məsələnin biri odur ki, Azərbaycan Avropa enerji təhlükəsizliyində xüsusi rol oynayır. Belə ki, ən azından İtaliyaya qədər TANAP və TAP yol enerjisinin İtaliyaya çatan hissəsinin artıq 20 milyar kubmetrə çatdırılması proqnozlaşdırır. Digər tərəfdən, Türkiyə də TANAP üzərindən göndəriləcək enerjinin həcmini artırmalıdır. Bundan başqa, İranla və Rusiya ilə anlaşma üzərindən də müəyyən qaz resursları satır. Düşünürəm ki, gələcəkdə artıq biz yenidən Transxəzər qaz kəmərini reallaşdırmağa çalışmalıyıq. Türkmənistan qazının və Qazaxıstan neftinin Azərbaycan üzərindən Avropaya ötürməsi həyata keçirilməlidir. Digər məsələ də Azərbaycan yaşıl Eəenerjiyə və iqlim dəyişkənliyinə verdiyi reaksiya əhəmiyyət kəsb edir. Əlbəttə ki, Azərbaycanın alternativ enerji mənbəyinə keçməsi əsas rol oynayır. Nəzərə alsaq ki, Qarabağ işğaldan azad olunan sonra xüsusilə alternativ enerji mənbələri və yaşıl enerji verilməsi ilə bağlı dövlət proqramı qəbul edildi, eyni zamanda, Azərbaycanın digər əraziləri, xüsusilə Xəzər sahillərində, küləkli ərazilərdə və Mərkəzi Aranda alternativ enerji mənbələrinə müraciət olunması ilə bağlı böyük layihələr var. Burada Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti ilə müqavilə imzalanıb, digər fərdi və biznes kreditlərin cəlb olunması məsələsi müzakirə olunub. Vətəndaşların fərdi şəkildə bu yaşıl enerji layihələrin iştirakı da nəzərə alınır. Bütün bunlar gələcəkdə bu yaşıl enerji ölkə tələbatın böyük hissəsini ödəsin. Bundan başqa, Azərbaycan üçüncü istiqamət kimi hidrogen enerjisini də götürüb düşünülür ki, gələcəkdə Xəzər dənizi sularından hidrogen enerjisindən ayıraraq maye hidrogeni ixrac edə bilər və TAP və TANAP xəttinə paralel olaraq bir milyard kubmetr bir boru xətti ilə bunlar birbaşa Mərkəzi Avropaya yönləndirilə bilər. Hazırda Almaniya elektrik enerjilərinə paralel olaraq hidrogen enerjisinin mühərriklərinin inkişafına təkan verməyə çalışır. Çünki bu istiqamətdə də görülən işlər təqdirə layiq olacaq".
Zeynəb Mustafazadə