Ağ Ev rəsmisi Azərbaycana gəldi

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Azərbaycanda səfərdədir.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Erik Ceykobsun səfər zamanı hökumət rəsmiləri, enerji sektorundakı liderlər və sahə mütəxəssisləri ilə görüşəcəyi, enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə edəcəyi, ABŞ-ın enerji liderliyini vurğulayacağı və hər iki ölkə üçün enerji bolluğu, daha böyük rifahı ortaya çıxarmaq imkanlarını araşdıracağı bildirilib.

Ceykobs həmçinin cümə günü Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Toplantısında açılış nitqi ilə çıxış edəcək. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31