Paşinyanın növbəti seçkilərə qədər hansısa addımlar atması lazımdır– ÖZƏL
2 Aprel 2025 14:36 Siyasət"Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə bələdiyyə seçkilərində Komminist Partiyasının hakim "Vətəndaş Müqaviləsi" Partiyasından sonra ikinci yeri tutması diqqət çəkici olsa da əslində gözlənilən idi. Çünki Ermənistan mediasındakı sorğulara görə nəticələrin az-çox elə bu şəkildə olacağı bilinirdi. Yəni hakim partiyanın seçicilərin 50 faizindən çoxunun dəstəyini almayacağı onsuz da bəlli idi.
Nəticədə hakim partiya 36,8 faiz, kommunistlər 20,71 faiz səs toplayıbıar. Üçüncü yeri isə Martun Qriqoryanın rəhbərlik etdiyi "Bizim şəhər" bloku tutub".
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
""Mənim Güclü Cəmiyyətim" və "Ana Ermənistan" isə müvafiq olaraq 7,94% və 6,18% səs toplayıb. Ən maraqlısıda odur ki, Mülki Müqavilə istisna olmaqla, heç bir Avropayönlü siyasi qüvvə beş faizlik seçki baryerini aşa bilməyib. Bu isə o deməkdir ki, müxalif qüvvələr, yəni, bələdiyyədə təmsil olunan digər blok və partiyalar, xüsusilə də "Bizim şəhər" bloku kommunistlərə dəstək verəcəkləri halda hakim partiya bələdiyyədə azlıqda qalacaq.
Paşinyan və komandası uzun müddət idi ki, Gümrüdə bələdiyyə seçkilərində qalib gələ bilmək üçün bütün resursları səfərbər etmişdi. Çünki birincisi, bu şəhər Ermənistanın ikinci böyük şəhəridir, ikincisi burad Rusiya hərbi bazaları yerləşir və ən nəhayət növbəti Parlamenti seçkiləri ərəfəsində bələdiyyələri öz nəzarətinə almaq olduqca vacib idi. Amma bu baş vermədi. Hakimiyyəti davamlı şəkildə tənqid edən, Paşinyanı ikinci Qarabağ savaşındakı məğlubiyyətə və sonrakı addımlarına görə xain adlandıram Gümrünün keçmiş meri Vardan Qukasyanın rəhbərlik etdiyi kommunistlər uğur əldə etməyi bacardılar.
Bütün bunlar onu göstərir ki, Ermənistanda Rusiyaya bağlılığı ilə seçilən yeni bir qüvvə ortaya çıxmağa başlayır və təbii ki, Robert Köçəryan və Serj Sərkisyandan fərqli olaraq bu qüvvə geniş kütlədə nifrətlə qarşılanmır. İndiyə qədər Paşinyan və komandası müxalif qüvvələri keçmiş fəaliyyətlərinə görə, korrupsiya, rüşvətxorluq, ermənistanda iqtisadi durum və s. görə rahat şəkildə tənqid edə bilirdisə indi vəziyyət bir qədər mürəkkəbləşib. Bu həm də Paşinyanın Avropa İnstitutları arasındakı nüfuzuna da böyük zərbədir. Aİ üzvlük prosseduruna başlayan bir ölkədə kommunistlərin ölkənin ikinci şəhərində belə uğurunun digər regionlara da sirayət etməsi tamamilə real görünür.
Odur ki, indi Paşinyanın növbəti seçkilərə qədər hansısa addımlar atması lazımdır. Paşinyan hər nə qədər "Bizim üçün vətəndaşın seçimi qanundur: "Vətəndaşların etimadını qazanmış bütün siyasi qüvvələri və namizədləri təbrik edirəm" desə də əslində çox narahatdır. İndi kommunistlərin yüksəlişinin qarşısını almaq üçün zəif nöqtələrin tapılmasına, digər anti-qərb blok və partiyaların hansısa şəkildə şirnikləşdirilməklə kommunistlərin ətrafında birləşməsinin qarşısını almağa ehtiyac var".
Zeynəb Rzayeva